Rusiyada öldürülən azərbaycanlı sürücünün qatili qaynı imiş

Rusiya Federasiyasının Tver şəhərində öldürülən Azərbaycan vətəndaşının kimliyi və hadisənin təfərrüatı məlum olub
Ümumrusiya Azərbaycanlıları Konqresinin (ÜAK) Tver vilayəti üzrə nümayəndəsi Sərdar Abdullayev APA-ya açıqlamasında bildirib ki, öldürülən əslən Azərbaycanın Balakən rayonundan olan, 29 yaşlı Əliyev Elgün Aşur oğludur.Onu qətlə yetirən isə qaynı, 40 yaşlı Məmmədov Elçin Əsgər oğludur. Hadisə ailə münaqişəsi zəminində olub. E.Məmmədov yeznəsini bacısını davamlı incitdiyi üçün öldürdüyünü bildirib. E.Məmmədov milis tərəfindən saxlanılıb.Elgün Əliyevin meyiti bu gün Azərbaycana gətirilib və doğulduğu Balakən rayonunda dəfn olunacaq.Qeyd edək ki, Tverdə marşrut avtobusunun sürücüsü işləyən Elgün Əliyev martın 27-də axşam saatlarında bıçaqlanıb. Faktla bağlı cinayət işi açılıb.pia.az