"Abadlaşa-abadlaşa" xaraba qalan Yevlax

"Yevlaxın mərkəzi Heydər Əliyev prospektindən başqa, qalan küçələrdə, eləcə də, kəndlərdən yoldan əsər-əlamət yoxdur"
Bunu Arqument.Az-a Yevlax rayonundan bir qrup sakin bildirib. Onların sözlərinə görə, yolların bərbad vəziyyətdə olması uzun müddətdir davam edir .Sakinlər bildirirlər ki, bununla bağlı Yevlax rayon İcra Hakimiyyətinə də dəfələrlə məlumat verilib. Ancaq rayona vaxtaşırı prezident tərəfindən pul ayrılsa da, İcra Hakimiyyəti bundan səmərəli istifadə etmir: "Rayona ayrılan maliyyə mərkəzi küçələrdə azca sərf olunur, bununla da öz işlərini tamamlanmış hesab edirlər. Vəziyyət isə olduqca mürəkkəbdir. Bu gün rayonun kədlərlə əlaqəsi yox dərəcəsindədir. Gediş-gəliş çətindir. Biz ölkə başçısına müraciət etmək istəyirik. Bəlkə, bundan sonra aidiyyatı qurumlar və şəxsən rayonun icra başçısı Qoca Səmədov bundan bir nəticə çıxara bilsin".Qeyd edək ki, Yevlaxda çəkilmiş fotogörüntülərdə də yolların bərbad vəziyyətdə olduğu aydın görünür. pia.az