Azərbaycanda idmançının rinqdə ölməsi ilə bağlı cinayət işi başlanıb

Bakıda idmançının ölümü ilə bağlı cinayət işi başlanıb
Bakı şəhər Baş Polis idarəsi və Şəhər Prokurorluğundan birgə məlumatında qeyd edilir ki, martın 27-də Hövsan qəsəbəsində həvəskarlar arasında keçirilən idman yarışında Sumqayıt şəhər sakini, 1994-cü il təvəllüdlü Səmədov Pərviz Natiq oğlunun Quba rayon sakini, 1987-ci il təvəllüdlü Zeynalov Ramin Əliabbas oğluna qarşı fənd işlətməsi nəticəsində sonuncunun yıxılaraq ölməsi faktına görə Suraxanı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 124-cü (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.  İş üzrə zəruri istintaq hərəkətləri aparılıb, o cümlədən ölümün səbəblərinin müəyyənləşdirilməsi məqsədilə məhkəmə-tibbi ekspertizası təyin edilib. Hazırda iş üzrə istintaq tədbirləri davam etdirilir.(musavat.com) pia.az