Azərbaycanlı biznesmen Türkiyədə 370 milyona torpaq aldı

İş adamı Bodrumda 400 min kvadratmetr əraziyə sahib olub
Azərbaycanlı iş adamı Mübariz Mənsimov Türkiyənin Bodrum bölgəsində dövlət mülkiyyətində olan 400 min kvadratmetrlik ərazinin satışına dair keçirilən tenderdə qalibi olub. Lent.az-ın “Cihan”a istinadən məlumatına görə, Bodrumun Tülkücük kəndi yaxınlığında yerləşən ərazidə yaxta limanı və digər turizm obyektlləri, eləcə də çoxsaylı villalar inşa olunacaq. Rəsmi məlumata görə, M.Mənsimovun sahibi olduğu “Palmali Group Company” ərazini almaq üçün ən yüksək məbləği - 370 milyon TL təklif edib və bu rəqəm ən yüksək olduğundan qalib olub. Qeyd edək ki, Bodrum Türkiyənin Muğla vilayətinin tərkibindəki ən inkişaf etmiş turizm zonalarındandır. “Palmali” şirkəti bu ərazidə ətraf mühitə zərər verməmək üçün yaxta limanının tikintisini təxirə salıb.pia.az