Bakıda qəzaya düşən maşınlardan biri yandı

Dünən gecə saatlarında Bakıda iki avtomobilin toqquşması ilə nəticələnən qəza baş verib
PİA.AZ-ın FHN-ə istinadən verdiyi xəbərə görə, hadisə  Nərimanov rayonu ərazisində baş verib. ”VAZ” və “Chevrolet” markalı minik avtomobillərinin toqquşması nəticəsində yanğın başlayıb.Yanğın nəticəsində “Chevrolet” markalı minik avtomobilinin salonu və mühərrik hissəsi yanıb. Digər avtomobil yanğından mühafizə olunub. Yanğın saat 22:02-də yanğınsöndürənlər tərəfindən söndürülüb.pia.az