Kəlbəcər girovlarının ailələri aksiya keçirəcəklər

Erməni separatçılarının Kəlbəcərdə girov götürdükləri Şahbaz Quliyev və Dilqəm Əsgərovun ailələri Gəncədə aksiya keçirəcəklər
Bu barədə AzVision.az-a girovların yaxınları məlumat verib. Bildirilib ki, aksiya aprelin 2-də Kəlbəcərin işğal günü keçiriləcək: “Aksiyada Dilqəm Əsgərov və Şahbaz Quliyevin azadlığa buraxılmasını tələb edəcəyik. Ermənilər artıq bu iyrənc əməllərinə son qoymalıdırlar”.Xatırladaq ki, Ermənistan tərəfi öz doğma dədə-baba toqpaqlarına səfər etmiş Azərbaycan vətəndaşları Dilqəm Əsgərov və Şahbaz Quliyevi girov götürüb. Qondarma Dağlıq Qarabağ Respublikasında qurulan “məhkəmə”də isə Dilqəm Əsgərova ömürlük, Şahbaz Quliyevə isə 22 il həbs cəzası verilib.pia.az