Tovuzda partlayan güllə 7 nəfəri öldürdü

Tovuzun Əlibəyli kəndində yaşayan Şirinovlar ailəsində bədbəxt hadisə yaşanıb
Evdə qazın zəif olduğunu görən evin xanımı Atlaz Şirinova bağdan odun gətirərək sobaya atıb.Bir neçə dəqiqə keçəndən sonra üçü uşaq olmaqla 7 nəfərin yaşadığı evdə qızdırıcı sobada partlayış baş verib.Partlayışdan sonra məlum olub ki, sobaya atılan odunların içərisində partlamamış güllə olub. Hadisə nəticəsində ev sahibi Vahid Şirinov və onun həyat yoldaşı A.Şirinova xəsarət alıblar.Yaralılar dərhal Tovuz Rayon Mərkəzi Xəstəxanasına aparılıb. A.Şirinova ayaq nahiyəsindən qəlpə yarası alıb. Həkimlərin ciddi müdaxiləsindən sonra güllənin qəlpələri onun ayağından çıxarılıb. Həkimlər hər iki şəxsin vəziyyətinin yaxşı olduğunu bildirir.Faktla bağlı araşdırma aparılır.(RegionTv)pia.az