Əli Həsənov İstanbula gedir

Azərbaycan prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi, Prezident Administrasiyası ictimai-siyasi işlər şöbəsinin rəhbəri Əli Həsənov aprel ayında Türkiyənin İstanbul şəhərinə səfər edəcək
Bu barədə XVIII Avrasiya İqtisad Sammitinin dünən keçirilən təqdimat iclasında məlumat verilib.Ə.Həsənov aprelin 7-9-da İstanbulda keçiriləcək  XVIII Avrasiya İqtisad Sammitinin toplantısında iştirak edəcək.Zirvə toplantısına 40 ölkədən dövlət və din xadimlərinin qatılacağı haqda məlumat verilib. Toplantıya Çernoqoriya prezidenti Filip Vujanoviç, Makedoniya prezidenti Georgi İvanov, Bosniya və Herseqovinanın baş naziri Vjekoslav Bevan da qatılacaq. Azərbaycanı sammitdə Əli Həsənov təmsil edəcək.(Virtualaz.org)pia.az