Narkotik maddələrin qara bazar qiymətləri

Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə Komissiyası narkotik vasitələrin “qarabazar” qiymətlərini açıqlayıb
1 kq heroinin topdansatış qiyməti 15 000-20 000 dollardır.Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə Komissiyasının İşçi Qrupu tərəfindən Azərbaycan və ingilis dillərində hazırlanmış “Narkotiklərə nəzarət sahəsində 2014-cü ilə dair Ölkə Məruzəsi”ndə qeyd edilib ki, 1 yanvar 2015-ci il tarixə olan vəziyyətə görə 1 kq tiryəkin “qara bazar”da topdansatış qiyməti minimum 3 000, maksimum 7 000 dollar, pərakəndə satış qiyməti minimum 10 000, maksimum 15 000 dollar olub.Müvafiq olaraq 1 kq heroinin “qara bazar”da topdansatış qiyməti 15 000-20 000 dollar, pərakəndə satış qiyməti 40 000-50 000 dollar, 1 kq marixuananın topdansatış qiyməti 6 000-8 000 dollar, pərakəndə satış qiyməti 8 000-12 000 dollar, 1 kq həşişin topdansatış qiyməti 2 500-4 000 dollar, pərakəndə satış qiyməti 6 000-8 000 dollar olub.(APA)pia.az