Ermənistan pozuculuq mövqeyini davam etdirir

Düşmən ölkə atəşkəs rejimini pozmaqda davam edir; Artur Rasizadə: “Ermənistanın münaqişənin həllində tutduğu mövqe məsələnin həllinin qeyri-müəyyən müddətə uzadılmasına səbəb olur”
Ermənistan silahlı qüvvələri cəbhə xəttində təxribatlarını aylardır davam etdirirlər. Beynəlxalq qurumların, həmsədr ölkələrin də narahatlıq ifadə edən bəyanatlarının ard-arda düzülməsinə rəğmən düşmən ölkə atəşkəs rejimini həyasızcasına pozmaqda davam edir. Ermənilərin bu “siyasəti” əlbəttə ki, sülh danışıqları prosesinə ziyan vurmaqdan başqa bir şey deyil. Və görünən budur ki, Ermənistan vəziyyəti gərginləşdirmək kursunu davam etdirməkdə israrlıdır.Müdafiə Nazirliyi bildirir ki, erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində son sutka ərzində atəşkəs rejimini ümumilikdə 40 dəfə pozub. Müdafiə Nazirliyinin rəsmi saytının məlumatına görə, Ermənistan Respublikasının İcevan rayonunun Paravakar kəndində yerləşən mövqelərdən Ağstafa rayonunun Köhnəqışlaq kəndindəki mövqeələrmiz atəşə məruz qalıb. Həmçinin Ermənistanın Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimiz də atəşə tutulub. Bundan başqa, Goranboy rayonunun Gülüstan, Tapqaraqoyunlu, Talış, Tərtər rayonunun Çiləbürt, Çaylı, Göyarx, Ağdam rayonunun Yusifcanlı, Şıxlar, Şuraabad, Sarıcalı, Cəvahirli, Mərzili, Baş Qərvənd, Novruzlu, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Horadiz, Alxanlı, Aşağı Seyidəhmədli, Aşağı Əbdülrəhmanlı, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında, həmçinin Göygöl, Goranboy, Xocavənd, Füzuli və Cəbrayıl rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də silahlı qüvvələrimizin mövqeləri atəşə məruz qalıb. Düşmən cavab atəşi ilə susdurulub.Maraqlı olan budur ki, atəşkəs rejiminin pozulması barədə Azərbaycan tərəfi hər gün rəsmi məlumat yaysa da, beynəlxalq təşkilatların mövqeyi bəyanat vermək səviyyəsindən o yana keçmir. Yəni Ermənistanın beynəlxalq hüquq normaları ilə yanaşı atəşkəs rejiminin tələblərini pozması müvafiq beynəlxalq strukturlara Ermənistanı cəzalandırmaq və sanksiyalar tətbiqi üçün əsas yaradır. Amma hələlik aidiyyəti qurumlar təmas xəttində növbət(ç)i monitorinqlər keçirməklə kifayətlənirlər. ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq martın 18-də Füzuli rayonunun Aşağı Seyidəhmədli kəndi yaxınlığındakı qoşunların təmas xəttində monitorinqin keçirilməsi planlaşdırılır. Müdafiə Nazirliyinin rəsmi saytının məlumatına gprə, monitorinqi Azərbaycan tərəfdən ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Xristo Xristov, Saymon Tiller və Piter Svedberq keçirəcəklər.Təmas xəttinin qarşı tərəfində isə monitorinqi ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşik, səhra köməkçiləri Yevgeni Şarov və Jiri Aberle keçirəcəklər.Bu arada Azərbaycanın baş naziri Artur Rasizadə Milli Məclisdə hesabat xarakterli çıxışında Ermənistanın münaqişənin həllində tutduğu mövqe ilə bağlı danışıb və bildirib ki, düşmən ölkənin davranışları məsələnin həllinin qeyri-müəyyən müddətə uzadılmasına səbəb olur:“Təəssüflər olsun ki, Ermənistan-Azərbaycan, Dağlıq-Qarabağ münaqişəsinin həlli istiqamətində aparılan danışıqlar ötən il də heç bir nəticə verməyib. Ermənistanın münaqişənin həllində tutduğu mövqe mövcud status-kvonun saxlanmasına, məsələnin həllinin qeyri-müəyyən müddətə uzadılmasına səbəb olur”.Baş nazir deyib ki, Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev bunu nəzərə alaraq ordu quruculuğunun daim təkmilləşdirilməsini və ordumuzun ən müasir silah-sursatla təmin edilməsini, hərbçilərin sosial vəziyyətinin yaxılaşdırılmasını daim nəzarətində saxlayır: “Son zamanlar hərbçilərimizin işğalçı erməni silahlı birləşmələrinin cəbhə xəttində törətdikləri təxribatlara verdiyi tutarlı cavablar Azərbaycan Ordusunun döyüş qabiliyyətinin gündən-günə artdığının əyani sübutudur”.A.Rasizadə qeyd edib ki, hərbi quruculuq və milli ordu ilə bağlı məsələlər bütün dövlət orqanlarının, digər qurumların və cəmi“Sevindirici haldır ki, artıq bu diqqəti, qayğını əks etdirən çoxlu nümunələr var. Silahlı Qüvvələrə Yardım Fonduna toplanılan könüllü ianələrin ilbəil artması da ordumuza göstərilən hərtərəfli ümumxalq dəstəyinin təzahürüdür”.yyətimizin daim diqqət mərkəzində olmalıdır:(musavat.com)pia.az