AXCP-nin sədr müavinindən Müsavata cavab: “Səmimi olsaydılar…”

“Vaxtilə Arif Hacılı Milli Şurada təmsil olunurdu və Müsavatın Milli Şuradan getməsində müstəsna xidmətləri oldu. İndi yenidən niyə Milli Şuraya müraciət edir?”
Bunu APA-ya açıqlamasında Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) Ali Məclisinin sədri Həsən Kərimov deyib. H.Kərimov bildirib ki, Müsavat Partiyası rəhbərliyinin Milli Şuranın 15 mart mitinqində iştirakına heç kim mane olmayıb: “Milli Şuranın bu mitinqi xalqın sosial sifarişi, ümumxalq mitinqi idi. Müsavat rəhbərliyinin qarşısına heç kim sədd çəkməmişdi ki, bu mitinqə qatılmasın. Müsavat Partiyasının mitinqdə iştirakla bağlı AXCP-yə heç bir müraciəti olmayıb. Əgər səmimi olsaydılar, meydana gələrdilər. Kim onları meydandan çıxaracaqdı?” Qeyd edək ki, Müsavat Partiyasının başqanı Arif Hacılı APA-ya açıqlamasında AXCP rəhbərliyinin Müsavatın Milli Şuranın mitinqində iştirakını arzulamadığını bildirib.pia.az