Ağdaş sakini özünü güllələdi

Ağdaş sakini ehtiyatsızlıqdan özünü yaralayıb
Ağdaşda kişi özünü güllələyib. Rayon Prokurorluğundan Ans press-ə verilən məlumata görə, hadisə rayonun Şordəhnə kəndində qeydə alınıb.Kənd sakini 1968-ci il təvəllüdlü kənd sakini Arif Ağalar oğlu Əhmədov evdə qoşalülə ov tüfənginə patronları doldururmuş Bu zaman o ehtiyatsız davranıb. Nəticədə atəş açılıb.Açılan atəş nəticəsində Arif Əhmədov qarnından və ayağından yaralanıb. Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Həkimlər onun bədənindəki güllələri çıxarıblar.Faktla bağlı araşdırma aparılır.pia.az