Erməni kəşfiyyat qrupu məhv edildi - Fotolar

Martın 6-a keçən gecə Ermənistan silahlı qüvvələrinin kəşfiyyat-təxribat qrupu Ağdərə-Tərtər istiqamətində qoşunların təmas xəttində mövqelərimizə basqın etməyə cəhd göstərib
Müdafiə Nazirliyindən verilən məlumata görə, Silahlı Qüvvələrimizin bölmələrinin sayıqlığı, görülən qabaqlayıcı tədbirlər və atəş gücü vasitəsilə düşmənə endirilən ağır zərbədən sonra itki verən işğalçılar silah və sursatı ataraq geri qaçmağa məcbur ediliblər.Döyüşdə bir hərbi qulluqçumuz çavuş Zahidov Dəyanət Mehman oğlu sağ əlindən yüngül yaralanıb.(azvision.az)pia.az