Bilgəhdə zibillikdən meyit tapılıb

Bakıda zibillikdə kişi meyiti tapılıb
Sabunçu Rayon Polis İdarəsi 14-cü Polis Bölməsindən APA-ya verilən məlumata görə, Bilgəh qəsəbəsi ərazisindəki zibilliklərdən birində üzərində xəsarət olmayan, 70-75 yaşlarında naməlum kişi meyiti aşkar edilib. Onun şəxsiyyətini müəyyənləşdirmək hələlik mümkün olmayıb. Polis ölən şəxsin fotosunu da APA-ya təqdim edib. Onu tanıyanlardan 14-cü Polis Bölməsinin (012) 455 44 32, 455 02 02, 455 11 44 nömrəli telefonlarına məlumat vermələri xahiş olunur.pia.az