Bəzi marketlər kassada aldadır

İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən nəzarət tədbirləri davam etdirilir
Qaynar.info-ya daxil olan məlumata görə, Dövlət Xidməti tərəfindən aparılan yoxlamalar zamanı Bakı şəhəri, Binəqədi rayonu, S.Məmmədov küçəsi, 205B ünvanında Şakir Ağayevə məxsus “Sarı” marketdə və Abşeron rayonu, Fatmayı qəsəbəsində Aydın Əliyevə məxsus “Dəniz” marketdə malların yarlığında göstərilən qiymətlərlə nəzarət kassa aparatının fiskal yaddaşında olan qiymətləri arasında fərq yaratmaqla əsassız qiymət artımına yol verildiyi, bununla da istehlakçıların qiymətdə aldadıldığı aşkar edilib. Qiymətləri əsassız artıran şəxslər barədə qanunvericiliyə uyğun tədbirlər görülüb. pia.az