İsa Qəmbərdən Ter-Petrosyanın açıqlamasına reaksiya

“Ermənistan bu böyük yalanı yaşatmaq və böyütmək şansını 2013-cü ilin noyabrında itirdi”
Ermənistan Milli Konqresinin lideri və ölkənin sabiq prezidenti Levon Ter-Petrosyan “erməni soyqırımı”nın 100 illiyi ilə bağlı qəbul edilən “Ümumerməni bəyannaməsi”nin qəbuluna görə hakimiyyəti sərt tənqid edib.Ermənistan mediasının yaydığı xəbərdə deyilir ki, sabiq prezident “Ümumerməni bəyannamə”sinin ermənilərə problem yaradacağını bildirib.“Bu qəfil dönüşün hansı nəticələrə gətirib çıxaracağını proqnozlaşdırmaq çətin deyil. Həmin bəyannamə Qarabağ probleminin nizamlanmasında və erməni-türk münasibətlərində müəyyən maneələr törətməklə, bizə beynəlxalq aləmlə problemlər yaradacaq”, - Levon Ter-Petrosyan deyib.Qeyd edək ki, sözügedən sənəddə “erməni soyqırımı”nın tanınması, “Qərbi Ermənistan” və Osmanlı imperiyasında  yaşayan ermənilərə maddi və mənəvi zərərə görə kompensasiyaların ödənilməsi, həmçinin Sevr müqaviləsində göstərilən sərhədlər çərçivəsində Ermənistanın ərazisinin genişləndirilməsi tələbləri yer alıb.Levon Ter-Petrosyanın fikrincə, sənədə görə Ermənistanın hətta dost ölkələrin köməyini itirməsi qorxuları var.Azərbaycan Milli Strateji Düşüncə Mərkəzinin rəhbəri, sabiq Müsavat başqanı İsa Qəmbər Levon Ter-Petrosyanın dedikləri ilə bağlı özünün facebook səhifəsində yazıb ki, Ter-Petrosyanın etirafları ziddiyyətli olsa da maraqlıdır: “Amma əsas məsələ başqadır. Məncə, ermənilər sözdə soyqırımın 100-cü ildönümünü dünya miqyaslı hadisəyə çevirmək şansını artıq itiriblər. Ermənilərin 2015-ci il 24 apreldə bir neçə hədəfi var(dı): 1. Türkiyəni çox ciddi güzəştlərə məcbur etmək; 2. Beynəlxalq birlikdən böyük yardımlar almaq; 3. Bütün dünyanın diqqətini cəlb edən törən təşkil etmək. Artıq bunların heç biri real görünmür. Türkiyədən əhəmiyyətli heç bir şey qopara bilməyəcəklər. Dünyadan böyük yardımlar ala bilməyəcəklər. 24 apreldə təşkil edəcəkləri törənə bir neçə prezident, baş nazir gələ bilər, aparıcı TV-lər 3-4 dəqiqəlik xəbər yaya bilər. Bu qədər.Nədən belə düşünürəm? Əvvəla, yalan yalandır. İkincisi, böyük yalanları beynəlxalq birliyin böyük dəstəyi olmadan yaşatmaq mümkün deyil. Beynəlxalq birlik isə Moskvanın vassalına niyə kömək etməlidir ki?!"İsa Qəmbər sonra qeyd edib ki, Ermənistan bu böyük yalanı yaşatmaq və böyütmək şansını 2013-cü ilin noyabrında Avropa İttifaqı ilə assosiasiya sazışındən imtina edib, Kremlin Avrasiya avanturasına qoşulanda itirib. (musavat.com)pia.az