Ramin Hacılı parlament seçkilərində namizəd olacaq

Ümid Partiyasının sədr müavini, Azərbaycan Avropa Hərəkatının prezidenti Ramin Hacılı bu il keçiriləcək 5-ci çağırış parlament seçkilərində Nərimanov rayonundan namizəd olacağını bəyan edib
O, bu barədə öz "facebook" səhifəsində yazıb: ”Dəyərli dostlar! 2015-ci ilin noyabrında keçiriləcək parlament seçkilərində 19 saylı Nərimanov Birinci Seçki Dairəsindən namizədliyimi irəli sürəcəyəm. Bu qərarı verməkdə məqsədim millət vəkili olaraq vətəndaşlara daha çox faydalı olmaq, ölkənin taleyi ilə bağlı verilən qərarlarda yaxından iştirak etmək və məhz seçki ilə dəyişikliyin mümkünlüyünə insanları inandırmaqdır. Çünki seçkiyə inanmayan vətəndaş zorakılığa meyllənir, topluma xidmət etməyən vəkil isə faydasız dövlət görüntüsü yaradır. Ona görə də hesab edirəm ki, ölkəsinin taleyini düşünməyən şəxs məsuliyyətli vətəndaş obrazı yarada bilməz.".Xatırladaq ki, hazırda sözü gedən dairədən millət vəkili yoxdur. Belə ki, 2013-ci ildə son seçkilərin qalibi, YAP icra Aparatının rəhbəri Əli Əhmədov Baş nazirin müavini olduğu üçün eyni zamanda millət vəkili ola bilməz.pia.az