“Bakı Şampan Şərabları” zavodunda fəhlə üsyanı

2 ay maaş almamaları işçiləri ayağa qaldırıb; “Bakı Şərab-1”də iş aylar əvvəl dayandırılıb
Martın 1-də “Bakı Şampan Şərabları” ATSC-nin işçiləri müəssisənin qarşısında aksiya keçiriblər. Aksiyada 50 nəfərə yaxın zavod işçisi iştirak edib. PİA.AZ musavat.com-a istinadən xəbər verir ki, onlar əməkhaqlarının verilməsini tələb ediblər. İşçilər 2 aydır ki, məvacib ala bilmirlər. Onlar tələb edirlər ki, əməkhaqları tam şəkildə devalivasiyaya uğramamış onlara verilsin. Rəhbərlik onlara vəd versə də, vədini yerinə yetirmir. Növbəti aksiyanın yaxın günlərdə baş tutacağı gözlənir. Qeyd edək ki, “Bakı Şərab-1” ASTC-də isə iş aylar əvvəl dayandırılıb. Orada da işçilərə əməkhaqları verilməyib. Ümumiyətlə isə ölkədə bahalaşma öncəsi çoxsaylı müəssisəslər fəaliyyətini dayandırıb.   pia.az