Erməni əsgərlər məhv edildi - Video

Əsgərlərimiz eyni anda açılan atəşlə erməni hərbçilərini öldürüb
Hərb  Ermənistan KİV-nin verdiyi məlumata görə, 28 fevral 2015-ci ildə işğal olunmuş Dağlıq Qarabağ ərazisində qoşunların təmas xəttində Ermənistan Silahlı Qüvvələrinin 2 hərbçisi Azərbaycan Silahlı Qüvvələri tərəfindən məhv edilib.Pia.az Trend-ə istinadən düşmən hərbçilərinə qarşı həyata keçirilmiş həmin əməliyyatın görüntülərini təqdim edib.Əldə etdiyimiz kadrlardan görünür ki, Azərbaycan Silahlı Qüvvələrinin mövqeyindən eyni anda açılan atəş nəticəsində qarşı tərəfdə işğalçı ordunun hərəkət edən 2 hərbçisi öldürülür.Qeyd edək ki, Ermənistan KİV-nin yaydığı məlumata görə, fevralın 28-də saat 14:25-də cəbhə xəttində Ermənistan Silahlı Qüvvələrinin 2 hərbçisi – 1995-ci il təvəllüdlü Ayk Baroyan və 1979-cu il təvəllüdlü Artak Aqekyan Azərbaycan Ordusu tərəfindən açılan atəş nəticəsində ölüblər.Trend oxuculara Azərbaycan Ordusunun Ermənistanın 2 hərbçisinin məhv edilməsi ilə nəticələnən həmin əməliyyatının görüntülərini təqdim edir.