Bakıda “Peugeot” yandı

Bakıda avtomobil yanıb
PİA.AZ-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumatına görə, Qaradağ rayonunda vətəndaşa məxsus “Peugeot” markalı minik avtomobilinin mühərriki və salonu qismən yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olub. Yanğın saat 14:45-də söndürülüb.  Hadisənin səbəbi araşdırılır.pia.az