Bakıda 57 dilənçi saxlanıldı

Bakıda dilənçilik və avaraçılıqla məşğul olan 57 nəfər saxlanılıb
Bakı şəhər Baş Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, Bakı şəhər Baş Polis İdarəsi, Binəqədi RPİ 5-ci PB, 40-cı PB, Nərimanov RPİ, ÇPA, Nəsimi RPİ, Yasamal RPİ, Post Patrul Xidməti əməkdaşlarının ayrı-arılıqda keçirdiyi tədbirlər nəticəsində, paytaxt ərazisində avara və dilənçilik həyat tərzi keçirən 57 nəfər (21 qadın, 8 kişi və 28 azyaşlı) müəyyən olunaraq saxlanılıb, barələrində inzibati protokol tərtib olunub.pia.az