Elçin Behbudov Hospitala yerləşdirildi

İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri, hüquq müdafiəçisi Elçin Behbudovun səhhətində müəyyən problemlər yaranıb
Səhhəti pisləşən hüquq müdafiəçisi Hərbi Hospitala yerləşdirilib.E.Behbudov AzVision.az-a səhhətində problemin yaranmasını təsdiqləyib. Bildirib ki, artıq bir həftədir ki, Hərbi Hospitalda müalicə alır:“Səhhətimdə müəyyən problemlər yaranıb. Həkimlər şəkərimin yüksəldiyini söyləyirlər. Hazırda müalicəm davam edir. İndi vəziyyətim normalıdır. Heç kəs narahat olmasın”.pia.az