Novruz Məmmədov “bəzi məkrli qüvvələri“ ittiham etdi

Azərbaycan Prezidenti Administrasiyası rəhbərinin müavini, administrasiyanın Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov bu yaxınlarda Ukraynanın "Geostrategy" saytında dərc edilən məqaləni tənqid edib
"Trend" bildirir ki, N.Məmmədov öz Ttwitter səhifəsində yazıb: ""Geostrategy"nin məqalə müəllifləri öz amplualarındadır: həmişəki kimi təxribat, siyasi diversiya, bir sözlə, məkrli niyyətlər. Aydındır ki, onlar Azərbaycanı 40-dan artıq dövlətin sırasında qaynar nöqtə kimi görməkdə maraqlıdırlar".Qeyd edək ki, "Geostrategy" qlobal kəşfiyyat qrupunun materialının müəllifləri guya Ukraynaya qarşı mövqeyini dəyişib Rusiya yönümlü mövqe tutan Azərbaycanı tənqid ediblər.pia.az