Nazarbayevin kürəkəninin qanında qadağan olunmuş maddə tapıldı

Qazaxıstan prezidentinin keçmiş kürəkəni, fevralın 24-də Vyana həbsxanasında meyiti asılmış vəziyyətdə tapılan Rahat Əliyevin qanında qadağan olunmuş maddənin izləri tapılıb
PİA.AZ virtualaz.org-a istinadən xəbər verir ki, bu barədə Avstriya Baş Prokurorluğu rəsmi məlumat yayıb.Məlumatda deyilir ki, Rahat Əliyevin qan analizinin ekspertizasının nəticələrinə əsasən onun qanında barbituratların izlərinə rast gəlinib. Prokurorluq barbituratların Avstriyada praktiki olaraq qadağan edildiyini, bu preparatın R.Əliyevə həkimlər tərəfindən təyin olunmasının “demək olar ki, istisna olunduğu” qeyd olunur.Əlavə edilir ki, bu, söhbət ekspertizanın ilkin nəticəsindən gedir, daha ətraflı məlumat yaxın günlərdə açıqlanacaq.Barbituratlar barbitur turşusundan hazırlanan və mərkəzi sinir sisteminə sakitləşdirici təsir göstərən dərman preparatları qrupudur. Dozasından asılı olaraq bu dərman insana yarımhuşsuzluqdan narkoz səviyyəsinə qədər təsir göstərə bilər.Hazırda bu dərmanların təsir dairəsi olduqca məhduddur, çünki toksik effekti var və uzun müddət tətbiq olunanda narkotik asılılıq yarada  bilər.Rahat Əliyev iki bankiri öldürməkdə ittiham olunurdu. Ölümündən bir neçə həftə əvvəl o, kamera yoldaşları tərəfindən təhdid olunduğuna görə təkadamlıq kameraya yerləşdirilib. R.Əliyevin intiharı əsas versiya olsa da onun öldürüldüyü də istisna deyil.pia.az