Bakıda daha bir avtobus qəzası - Foto

Paytaxtda sərnişin avtobusu qəza törədib
APA-nın məlumatına görə, hadisə Nəcəfqulu Rəfiyev küçəsi ilə Babək prospektinin kəsişməsində qeydə alınıb. 30 nömrəli marşrut xətti üzrə hərəkət edən “10-TG-380” dövlət nömrə nişanlı sərnişin avtobusu arxadan “90-LK-910” nömrəli “Mercedes”ə çırpılıb.Qəza nəticəsində xəsarət alan olmayıb.Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır.pia.az