Bu da Avro 5 avtobuslarımız gəldi - Foto

2015 Avropa Olimpiya Oyunları ilə əlaqədar paytaxta yeni avtobuslar gətirilir
PİA.AZ movqe.az-a istinadən xəbər verir ki, ölkəyə gətirilən avtobuslar artıq Bakı-Qazax yolu boyunca düzülüb. Onlardan paytaxtda sərnişindaşımada da istifadə ediləcəyi bildirilir. "Çinar"- Trans MMC-nin  direktoru Etibar Manafov paytaxta 30-dan çox yeni, Avro-5 standartlarına uyğun avtobusların gətirildiyini, ilk olaraq həmin avtobusların "88" saylı marşurut xətinə buraxılmasının nəzərdə tutulduğunu bildirib. E. Manafovun sözlərinə görə, yeni avtobuslarda sərnişinlərin rahatlığına xidmət edən komfort sistem var: "Avtobuslar eniş-yoxuşda da tarazlığını saxlaya biləcək. Avtobuslarda kamera sistemi də var". pia.az