Xocalı soyqırımının 23-cü ildönümü ilə əlaqədar tədbir keçirildi

Xocalı soyqırımın iyirmi üçüncü ildönümü ilə əlaqədar rayon İcra Hakimiyyəti başçısı aparatının akt zalında tədbir keçirilib
PİA.AZ xəbər verir ki, tədbirdə rayon İcra Hakimiyyəti başçısı aparatının və YAP rayon təşkilatının məsul işçiləri, inzibati ərazi dairələri üzrə nümayəndələr, bələdiyyə sədrləri, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, kütləvi informasiya vasitələrinin nümayəndələri, rayonda müvəqqəti məskunlaşmış Xocalı rayonundan olan məcburi köçkünlərin nümayəndələri iştirak ediblər.Tədbirdən öncə tədbir iştirakçıları iclas zalının foyesində təşkil edilmiş Xocalı soyqırımı ilə əlaqədar rəsm və kitab sərgisi ilə tanış olublar.Tədbir iştirakçıları Xocalı soyqırımı ilə əlaqədar videoçarxa tamaşa ediblər.Tədbirdə rayon İcra Hakimiyyətinin başçısı cənab Vidadi İsayev məruzə   etmiş, Xocalı soyqırımı şəhidlərinin ruhu bir dəqiqəlik sükutla yad edilmiş, Xocalı rayonundan Bərdəyə pənah gətirərək müvəqqəti məskunlaşmış Xocalı rayon sakinləriƏliniyaz Nəcəfov,   Milli Qəhrəman Tabil Həsənovun həyat yoldaşı Lətifə Həsənova, Şəhər Cümə məscidinin Axundu Hacı Ramazan Hüseynov   çıxış etmişlər. Tədbirdə Xocalı faciəsi zamanı ölənlərin ruhuna dualar oxunub.Tədbirdə Bərdə rayonunda müvəqqəti məskunlaşmış Xocalı rayonundan məcburi köçkünlərin bir qrupuna maddi yardım göstərilib.Tədbir iştirakçıları Xocalı soyqırımı ilə əlaqədar şəhər 8 saylı tam orta məktəbin şagirdlərinin hazırladıqları bədii kompazisiyaya tamaşa ediblər. pia.az