Xocalı hadisəsini soyqırım kimi tanıyan ölkələr

Xocalı soyqırımının törədilməsindən 23 il keçir
Bu illər ərzində Azərbaycan dövlətinin xarici siyasətində əsas priotet istiqamətlərdən biri bu soyqırımın beynəlxalq aləmdə tanıdılması, eləcə də bu soyqırıma obyektiv qiymət verilməsi istiqamətində davamlı işlərin aparılması olub.Son 23 il ərzində dünyanın bir neçə ölkəsi bu soyqırımı rəsmən tanıdığını bəyan edib. Axar.az indiyə qədər Xocalı soyqırımını tanıyan ölkələrin və təşkilatların siyahısını təqdim edir: 1. Azərbaycan.2. Meksika - 02.02.2012-ci il tarixində Meksika Senatı Xocalı faciəsini soyqırım adlandırıb.3. Pakistan - Soyqırımı pisləyən qətnamə qəbul edib.4. Kolumbiya - 24.04.2012-ci il tarixində Kolumbiya Parlamenti Xocalını soyqırım kimi tanıyıb.5. Çexiya - 19.02.2013-cü il tarixində Çexiya Parlamenti Xocalı soyqırımını rəsmən tanıyıb.6. Bosniya və Herseqovina - 26.02.2013-cü il tarixində Bosniya və Herseqovina parlamenti Xocalı soyqırımını rəsmən tanıyıb.7. Peru – (2013).8. Honduras – (2014).9. Massaçusets ştatı – 25.02.2010-cu il fevralın 25-də Massaçusets ştatının nümayəndələr palatası Xocalıda qırğın törədilməsi faktının tanınması haqqında qətnamə qəbul edib.10. Texas ştatı – (2011).11. Nyu-Cersi ştatı – (2011).12. Corciya ştatı – (2012).13. Men ştatı – (2012).14. Nyu-Meksika ştatı – (2013).15. Arkanzas ştatı – (2013).16. Missisipi ştatı – (2013).17. Oklahoma ştatı – (2013).18. Tennessi ştatı – (2013).19. Pensilvaniya ştatı – (2013).20. Qərbi Virciniya ştatı – (2013).21. Konnektikut ştatı – (2013).22. Florida ştatı – (2013).23. İndiana ştatı – (2014).24. İslam Əməkdaşlıq Təşkilatı – (2012).25. Arizona Ştatı – (2015, 25 fevral)pia.az