Şamaxıda “Xocalı Soyqırımı”nın ildönümü ilə bağlı silsilə tədbirlər keçirilir

“Xocalı Soyqırımı”nın iyirmi üçüncü ildönümü ilə əlaqədar Şamaxıda silsilə tədbirlər keçirilir
Azərbaycan xalqına qarşı mənfur düşmənlərimiz tərəfindən törədilmiş soyqırımı zamanı həlak olanların xatirəsini ehtiramla yad etmək məqsədi ilə Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən imzalanmış Sərəncama əsasən hazırlanmış tədbirlər planı ilə əlaqədar rayonun təhsil, səhiyyə və mədəniyyət müəssisələrində, idarə və təşkilatlarda silsilə tədbirlər keçirilir.“Xocalı Soyqırımı”nın iyirmi üçüncü ildönümü ilə əlaqədar şəhər 1 saylı tam orta məktəbinin şagirdlərinin iştirakı ilə Şamaxı Tarix-Diyarşünaslıq Muzeyində tədbir keçirilmişdir. Tədbirdə əvvəlcə “Xocalı Soyqırımı” qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. Sonra Muzeyin direktoru Firqiyə Zamanova çıxış edərək 23 il əvvəl Xocalıda baş verən insanlığa zidd qətliamdan danışıb. Belə ki, 1992-ci il fevralın 25-dən 26-sına keçən gecə erməni silahlı dəstələri Xankəndi şəhərində yerləşdirilmiş keçmiş SSRİ-nin 366-cı motoatıcı hərbi alayının köməyi ilə silahsız və köməksiz Xocalı şəhərinə hücum edib dinc əhaliyə qarşı xüsusi qəddarlıqla müşayiət olunan soyqırım aktı həyata keçirmişlər. Xocalı şəhərində törədilmiş qırğın zamanı 613 nəfər dinc sakin qəddarlıqla qətlə yetirilmişdir. Onların 83-ü uşaq,106-sı qadın, 70-i qoca olmuşdur. Şəhərdə 8 ailə tamamilə məhv edilmiş, 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirmişdir. Dəhşətli faciə zamanı 487 nəfər yaralanmış,1275 nəfər girov götürülmüş, 150 nəfər itkin düşmüşdür. Ürək ağrıdan odur ki, onların çoxunun aqibəti indiyədək heç kimə məlum deyildir.Daha sonra muzeyin kiçik elmi işçisi Zərifə Baxşıyeva çıxış edərək Xocalı faciəsi zamanı xalqımızın başına gətirilən hadisələrə hələ də dünya ölkələrinin hüquqi qiymət vermədiyini bildirmiş, misli görünməmiş vəhşiliklə həyata keçirilən bu soyqırımın XX əsrin ən dəhşətli faciələrindən biri olduğunu, Xocalı Soyqırımı bizim qan yaddaşımız olmaqla, heç bir zaman unudulmayacağını qeyd etmişdir.Çıxışlardan sonra erməni təcavüzü və Xocalı soyqırımının dəhşətlərindən bəhs edən film nümayiş etdirilmişdir.pia.az