Abşeronda yol qəzası

Sürücü deformasiyaya uğramış maşında sıxılıb qaldı
Abşeronda ağır yol qəzası baş verib. ANS PRESS-in Fövqəladə Hallar Nazirliyinə istinadən verdiyi məlumata görə, FHN-in “112” qaynar telefon xəttinə daxil olmuş xəbər əsasən, Abşeron rayonunda “Shacman” və “Kamaz” markalı yük avtomobillərinin toqquşması nəticəsində yol-nəqliyyat qəza hadisəsi baş verib.Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Xilasedicilər deformasiyaya uğramış “Shacman” markalı minik avtomobilində sıxılmış vəziyyətdə qalmış sürücünü çıxararaq Təcili Tibbi Yardım Xidmətinin həkimlərinə təhvil veriblər.pia.az