İlham Əliyev Bolqarıstan prezidentinə başsağlığı verdi

Azərbaycan prezidenti İlham Əliyev Bolqarıstan prezidenti Rosen Plevneliyevə başsağlığı verib
PİA.AZ AzərTAc-a istinadən bildirir ki, başsağlığında deyilir: "Bolqarıstan Respublikasının keçmiş prezidenti, görkəmli dövlət xadimi və ictimai-siyasi xadim Jelyu Jelevin vəfatı xəbəri məni olduqca kədərləndirdi.Bu ağır itki ilə əlaqədar Sizə, mərhumun ailəsinə, bütün Bolqarıstan xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verirəm".pia.az