Bəzi nazirliklərin saytlarına girişdə problem yaranıb

Azərbaycanın bəzi dövlət qurumlarının rəsmi internet saytlarına daxil olmaqda problem yaranıb
Virtualaz.org saytının verdiyi məlumata görə, bu sıraya Daxili İşlər Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Müdafiə Nazirliyi və digərləri aiddir. Bir çox provayderlər vasitəsilə həmin saytlara daxil olmaq mümkün deyil.Azərbaycan rabitə və yüksək texnologiyalar nazirinin müşaviri Müşfiq Əmirov sayta bildirib ki, bəzi dövlət qurumlarının saytlarına girişin məhdudlaşdırılmasının səbəbləri bəlli deyil: "Hazırda həmin səbəblər araşdırılır".pia.az