Bakıda ev partladı

Bakı şəhərinin Nəsimi rayonu, 28 may küçəsi 69-da mənzildə partlayış baş verib
PİA.AZ APA-ya istinadən xəbər verir ki, hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları cəlb olunub.Mənzildə yaşayanlar evakuasiya edilib. Kənar şəxslərin daxil olması qadağan edilib. "Azəriqaz"-ın əməkdaşları qaz təchizatını dayandırıblar.Sakinlərin sözlərinə görə, hadisə mənzillərin birində qaz sızması nəticəsində baş verib. Ilkin məlumata əsasən, bir nəfər yüngül xəsarət alıb.pia.az