66 cinayətdən 33-ü açıldı

Yanvarın 29-da respublikanın daxili işlər orqanları tərəfindən qeydə alınan 66 cinayət faktından 33-nün üstü “isti izlər”lə açılıb
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən PİA.AZ-a verilən məlumata görə, Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 15 nəfər tutularaq istintaq orqanlarına təhvil verilib.Respublikanın avtomobil yollarında qeydə alınan 5 yol-nəqliyyat hadisəsi nəticəsində 2 nəfər ölüb, 10 nəfər yaralanıb.Daxili işlər orqanları əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 9 fakt müəyyən edilib.Cinayət törətdiyinə görə 36 nəfər tutulub.pia.az