Şagirdini xilas edib özü Kürdə batan fədakar müəllim anıldı

Bu gün Sabirabad rayonundakı Heydər Əliyev Mərkəzində Gənclər günü münasibəti ilə toplantı keçirilib
Virtualaz.org saytının Şirvan bürosunun müxbiri xəbər verir ki, tədbirdə Sabirabad şəhər 5 saylı orta məktəbin müəllimi, 9 yaşlı şagirdini suda boğulmaqdan xilas edərək özü Kür çayında batmış Əhliman Hüseynovun da xatırəsi yad edilib, onun qəhrəmanlığından söz açılıb.Sabirabad Rayon İcra Hakimiyyətinin başçısı Nazim İsmayılov 9 yaşlı Güldəstə Hüseynovanı suda batan müəllimdən son anda alaraq xilas etmiş 21 yaşlı gənc qəhrəman Dəyanət Şıxəliyevin igidliyindən də danışaraq onu gənclərə bir örnək adlandırıb. Tədbirin sonunda Dəyanət Şıxəliyevə fəxri diplom və xatirə hədiyyəsi təqdim olunub.FHN-in Salyan regional qurumundan aldığımız məlumata görə, ötən ilin dekabr ayının 5-də Kür çayında batmış müəllimin cəsədinin axtarışları isə hələ də davam etdirilir.pia.az