Vaqif Səmədoğlunun məzarı üstündə bir cüt ayaqqabı...

Xalq şairi Vaqif Səmədoğlunun dəfn mərasimində maraqlı hadisə yaşanıb
Şairin oxucularından olan gənc bir xanım Vaqif Səmədoğlunun məzarı üstünə bir cüt ayaqqabı qoyub.Ayaqqabının yanındakı kağızda isə əlyazma ilə Vaqif Səmədoğlunun bu misraları yazılıb:“Məzarıma nə başdaşı qoyun, nə heykəl,Bir cüt ayaqqabı qoyun, ayağıyalın geyib getsin...”Oxucunun sevimli şairinə jesti vida mərasimində iştirak edənləri təsirləndirib, şairin həyat yoldaşı Nüşabə Vəkilova isə “bu, əsl oxucu sevgisidir” deyib.Xatırladaq ki, Vaqif Səmədoğlu dünən səhər saatlarında dünyasını dəyişib. O, bu gün I Fəxri Xiyabanda dəfn olunub (APA).pia.az