Gömrükdə 4080 qutu xarici markalı siqaret aşkarlandı

Moskva-Lənkəran aviareysi ilə gələn Azərbaycan vətəndaşı Elçin Teymurova məxsus baqaj gömrük nəzarətindən keçirilərkən rentgen aparatının monitorunda siqaret təsvirləri görünüb
PİA.AZ kəpəz-ə istinadən xəbər verir ki, Azərbaycan Dövlət Gömrük Komitəsinin əməkdaşları tərəfindən saxlanılan baqaja - 6 ədəd çantanın içərisindəki mallara təkrar baxış keçirilib. Nəticədə, həmin çantalarda əvvəlcədən gömrük nəzarətinə təqdim edilməyən, elektron və kağız üzərində yazılı və ya şifahi formada bəyan olunmayan, Azərbaycanın aksiz markaları ilə markalanmayan cəmi 4 080 qutu xarici markalı müxtəlif siqaretlər aşkar olunub. Faktla bağlı izahatında Elçin Teymurov baqajında aşkar olunan siqaretləri Rusiya Federasiyasının Moskva şəhərindəki bazardan əldə etdiyini və satış məqsədilə Azərbaycana gətirdiyini bildirib.pia.az