Bakıda dəm qazı 3 nəfərin canını aldı

Bakının Yasamal rayonunda mənzildə 3 nəfər bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb
PİA.AZ FHN-ə istinadən xəbər verir ki, nazirliyinin xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub.Xilasedicilər mənzilin pəncərəsindən evə daxil olaraq, vətəndaşların dəm qazından zəhərləndiklərini aşkar edib və hər üç vətəndaşı aidiyyəti üzrə təhvil veriblər.pia.az