Erməni terrorundan 23 il ötür

Ermənistan Silahlı Qüvvələrinin Dağlıq Qarabağda mülki əhaliyə qarşı törətdiyi növbəti terror hadisəsindən 23 il ötür
PİA.AZ ANS TV-ə istinadən xəbər verir ki, 1992-ci il yanvarın 28-də Agdamdan Şuşaya uçan “Mİ-8” mülki helikopteri ermənilər tərəfindən Xankəndi istiqamətindən vurulub. Hadisə nəticəsində əksəriyyəti qadın və uşaqlardan ibarət 41 sərnişin və 3 ekipaj üzvü, ümumilikdə 44 nəfər həlak olub.23 il öncə həmin olayı yalnız hərbi repartyor Vahid Mustafayev anbaan lentə ala bilmişdi.“Mİ-8” mülki helikopterdə olanlar özlərini itirmişdilər, necə hərəkət edəcəklərini bilmirdilər. Bəziləri özünü xilas etmək üçün helikopterdən aşağı atırdı. Amma arada çox böyük bir məsafə var idi. Yerə çatanda onların ürəkləri buna tab gətirməyərək ölürdülər. Biz hadisə yerinə gələndə gördük ki, sağ qalan yoxdur. Sözsüz ki, bu “Mİ-8” hərbi təyinatlı helikopteri deyildi. Mülki helikopter idi. Məhz “Mİ-8” helikopteri ərzaq məhsullarını və sərnişinləri bir yerdən digər bir yerə aparırdı” – deyə hərbi reportyor Vahid Mustafayev bildirdi.Təqdim etdiyimiz kadrlar ANS-in qızıl fondundandı.pia.az