Mədət Quliyev istefa ərizəsi yazıb?

“Penitensiar Xidmətin rəisi Mədət Quliyevdən baş verənlərlə bağlı ciddi izahat tələb olunub və onun istefa ərizəsi yazması tələb edilib…”
PİA.AZ bildirir ki, bu xəbəri tezadlar.az saytı yayıb. Yazıda qeyd olunur ki, 4 saylı Cəzaçəkmə Müəsissəsində cəza çəkən Lamiyə Quliyevanın bu gün ictimaiyyətə çatdırmağı xahişi generala ağır zərbə vurub…Saytda L.Quliyevanın müraciəti təqdim olunur və Penitensiar Xidmətin rəisinin işdən getmə haqda ərizə yazdığı vurğulanır: “Mənbə onu da bildirdi ki, ümumiyyətlə, qanunvericilikdə təcridxanada, xüsusən də Bakı İstintaq Təcridxanasında müxtəlif cinslilərin bir yerdə saxlanılması qeyri-mümkün (qanunda) olduğu halda, Lamiyə Quliyevanın hansısa kişi məhbusla bir yerdə saxlanılması və sonra hamilə qalması mümkünsüz haldır. Bu, yalnız təcridxana rəisinin buna qanunsuz halda, hansısa kabinetdə baş verməsinə icazə verməsi halında mümkün ola bilər…. Bu da ağla batan versiya deyil. Lamiyə kim idi ki, bu baş versin: “…Bunlar bir daha oehtimalı real edir ki, Lamiyənin hamiləliyi 4 saylı həbsxanada baş verib və keçmiş rəis M.Məmmədovun həyacanı onu deməyə əsas verir ki, bu hamiləlikdə şübhələronun üzərindədir… Hazırda general Mədət Quliyevin istefaya razılıq verməsi məsələsinə aydınlıq gətirməyə çalışırıq”. Xəbərin sonunda belə bir qeyd də var: “"Təzadlar" etibarlı mənbəyə istinadən dünən bu məsələyə - uşağın atasının kimliyi məsələsinə toxunmuşdu... Bu gün dərhal bu versiyanı ortaya atdılar ki, guya Lamiyə etiraf edir ki, istintaq təcridxanasında hamilə qalıb... Hətta DNK analizi də verilib, nəticə də var... Nəticə nə tez aşkar olundu? Səhiyyədə bu analiz ən azı 1-2 aya mümkün olur! Əksinə, indilərdə bizə məlum oldu ki, Lamiyəyə söz veriblər ki, səni tezliklə buraxacağıq, amma sən də bizi xilas elə və belə danış...Sual olunur: əgər Bakı İstintaq Təcridxanasında qadın-kişinin bir yerdə olması və "yaşaması" bu qədər asandırsa və mümkündürsə, niyə Leyla Yunusla əri Arif Yunusu bir yerə salmırlar.pia.az