Araşdırma GƏNCləşir layihəsinin finalı baş tutdu

Qaliblər mükafatlandırılıb
PİA.AZ xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə, Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin təşkilati dəstəyi ilə keçirilən Araşdırma GƏNCləşir layihəsinin Final və Konfrans-Bağlanış mərasimi baş tutub.Layihə ərzində araşdırma metodikası, ritorika, təqdimat bacarıqları ilə bağlı müxtəlif təlimlərdə iştirak etmiş gənclərin yazdıqları araşdırma işləri əsasında baş tutmuş final zamanı Bakı Dövlət Universitetində III kurs politologiya ixtisası üzrə təhsil alan Orxan Hüseynli “Beynəlxalq münasibətlərdə Kosovo problemi” mövzusu ilə I, Qafqaz Universitetində III kurs beynəlxalq münasibətlər ixtisası üzrə təhsil alan Namiq Abdullayev “Avropa İttifaqının enerji siyasətində əsas aktorlar və maraqlı tərəflər” mövzusu ilə II , Bakı Dövlət Universitetində II kurs beynəlxalq münasibətlər ixtisası üzrə təhsil alan Qəzənfər Kərimov III yerə layiq görülüb.İştirakçılar sertifikatlarla, qaliblər isə diplom, medal və hədiyyələrlə mükafatlandırılıb.pia.az