Yarı yolda qoyma məni...

PİA.AZ unudulmaz şair Cabir Novruzun "Yarı yolda qoyma məni" , "Mən bilirdim" şeirlərini oxucularına təqdim edir
...Arxada yaz, qabaqda qış,Tufan, külək, soyuq, yağış,Əllərimdən möhkəm yapış,Yarı yolda qoyma məni...İllər alıb sağ-solumu,Havamın pisdir durumu,Sənsiz itirrəm yolumu,Yarı yolda qoyma məni...Sənsiz alar üstümü çən,İtər ayım, günüm, gecəm,Yolçum ol son mənziləcən,Yarı yolda qoyma məni...Mən bilirdim qorxuludur böyük eşq,Bunu sənə dönə-dönə demişdim.O tərsinə dönə bilər tez, ya gec,Dönə bilər bəzən kinə demişdim.Çoxdur onun tərəddüdü, gümanı,Qısqanclıqdır bərabəri, ekizi...Bəzən olur qara rəngə boyanır,Tutulanda qəzəbindən gün özü.Mən görmüşdüm, mən bilirdim, bilirdim,Bədbəxt olur insan qəlbən sevəndə.Sən bu acı həqiqətə gülürdün,Mənmi düzəm, sənmi düzsən, de indi..Gülyanaq İsmayılqızıpia.az