Keçmiş məhkum yarım kilo narkotiklə tutuldu - Bakıda

Paytaxtda keçmiş məhkumdan yarım kiloqrama yaxın marixuana götürülüb
Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Yasamal RPİ Narkotiklə Mübarizə Bölməsi, Cinayət Axtarış Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş 1970-ci il təvəllüdlü Tahir Səfərovdan 477,65 qram marixuana aşkar olunaraq götürülüb.pia.az