Bu qız axtarılır

Cəlilabad Rayon Polis Şöbəsindən verilən məlumata əsasən, 19 yaşlı Əliyeva Gövhər Natiq qızı itkin düşüb
Ans tv-nin məlumatına görə, Gövhər Əliyeva noyabrın 14-ü 2014-cü il saat 13 radələrində yaşadığı Cəlilabad rayonu, Mirzəli kəndindəki evlərindən çıxıb və bir daha geri qayıtmayıb.G.Əliyevanın əlamətləri belədir: boyu 158 sm, arıq bədən quruluşlu, gözləri və saçları qaradır.Odur ki, Əliyeva Gövhər Natiq qızını itkin düşən gündən sonra görənlərdən və ya onun haqqında hər hansısa bir məlumatı olanlardan 5-52-19 Cəlilabad şəhər və 055-248-17-33 mobil nömrələrinə zəng etməklə xəbər vermələri xahiş olunur.pia.az