Göygöl rayon sakini atdan yıxılaraq ağır xəsarət alıb

Göygöldə 16 yaşlı oğlan atdan yıxılıb
APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə rayonun Zurnabad kəndində baş verib. Hacıməlik kənd sakini, 1999-cu il təvəllüdlü Bayram Davud oğlu Abdullayev kənddə at çapan zaman yıxılaraq ağır bədən xəsarətləri alıb. Yaralı dərhal Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib. Vəziyyəti ağır olduğundan B. Abdullayev reanimasiya şöbəsinə yerləşdirilib.pia.az