Yük maşını sürücüsünün diqqətsizliyi qəzaya səbəb olub

Bakının Suraxanı rayonunda yük maşını sürücüsünün ani diqqətsizliyi qəzaya səbəb olub
PİA.AZ Report-a istinadən xəbər verir ki, hadisə Qaraçuxur-Suraxanı yolunda qeydə alınıb.Qəza zamanı sürücü Ağayev Ramin Rəfael oğlu "Şaqman" markalı maşın ilə yol kənarında yük boşaldan zaman avtomobilin arxa hissəsi havadan keçən 110 kilovotluq 2-ci Suraxanı elektrik xəttini zədələyib.Qəzadan sonra avtomaşına və elektrik xətlərinə ziyan dəyib.Hadisədən sonra əraziyə Abşeron Regional Elektrik Şəbəkəsinin mütəxəssisləri cəlb olunub. Qeyd edək ki, hadisədən sonra ətraf qəsəbələrin bir hissəsinə elektrik enerjisinin verilişi dayandırılsa da, sonradan qəza aradan qaldırılıb. Hadisə ilə bağlı araşdırma başlanıb.Sürücü Ramin Ağayev isə izahatın alınması üçün polis bölməsinə aparılıb.Qəzanın səbəbəri və dəyən ziyanın miqdarı araşdırmalardan sonra məlum olacaq.pia.az