Rusiya və İran arasında qarşılıqlı anlaşma

Rusiya və İran arasında qarşılıqlı olaraq viza rejimini ləğv edəcək müqavilə hazırlanıb
PİA.AZ Axar.az-a istinadən xəbər verir ki, bu barədə İranın Moskvadakı səfiri Mehdi Sani məsələyə dair açıqlamasında Rusiya və İran Xarici İşlər Nazirliklərinin bir anlaşma memorandumu üzərində çalışdığını bildirib.İki ölkə xarici işlər nazirləri tərəfindən imzalanacaq müqavilə qarşılıqlı vizasız səyahət etməyə imkan yaradacaq. Həmçinin İran Xarici İşlər nazirinin müavini Hüseyn Abdullahiyan rusiyalı həmkarı Mixail Boqdanovla telefon danışığında Suriya məsələsini müzakirə edib. Tərəflər Moskvada Suriya böhranının siyasi yolla həll edilməsi istiqamətində irəli doğru addım atıldığını da qeyd ediblər.pia.az