Məktəbdə quldurluq edən şəxs tutulub

Bakı şəhərində quldurluq edən şəxs saxlanılıb
PİA.AZ -ın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, yanvarın 24-də Bakı şəhər sakini Elşən İsmayılov Xətai Rayon Polis İdarəsinin 35-ci Polis Bölməsinə müraciət edərək 221 saylı orta məktəbdə naməlum şəxsin onun oğlu Aydını bıçaqla hədələyərək 5 manatını aldığını bildirib. 35-ci Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş Bakı şəhər sakini Nurlan Musayev saxlanılıb. Xətai Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.pia.az