Bakıda müəlliməni döyən müəllimin direktoru danışdı

Bakıda təqaüdçü qadın müəlliməni döyən müəllimin direktoru baş vermiş hadisəyə aydınlıq gətirib
Direktor Əli Əliyev milli.az-a açıqlamasında bildirib ki, baş vermiş hadisə sırf ailədaxili problemdir. Onun sözlərinə görə, döyülən qadın Yaşar Quliyevin böyük qardaşının qayınanasıdır: “Hadisə məktəbdə olmayıb. Dörd il əvvəl boşanıblar və ondan sonra torpaq mübahisələri yaranıb. Sonra döyülən qadının bir qızı ölüb və elə o vaxtdan da məsələ böyüyüb. Hadisə də avqust ayında olub, niyə bu qadın məsələni indi şişirdib, bu maraqlıdır. İş məhkəmədə və son sözü də qanun deyəcək”.Ə.Əliyev hazırda işi məhkəmədə olan tarix müəllimi Y.Quliyevdən də danışıb: “Yaşar məktəbimizin savadlı müəllimidir. Ali məktəbi fərqlənmə ilə bitirib. Mənimlə yan-yana dayansa, adam döyənə mən oxşayaram, Yaşar yox”.pia.az