“Ermənistan rəhbərliyi bizi saymadı...”

“Avrasiya İttifaqı Ermənistana heç bir siyasi və iqtisadi zəmanət vermir”
PİA.AZ Axar.az-a istinadən xəbər verir ki, bu açıqlama ilə Ermənistanın müxalifətdə olan “İrs” partiyasının sədr müavini Armen Martirosyan çıxış edib. O, Avrasiya İttifaqının Ermənistan üçün mümkün perspektivlərini şərh edib:“Gömrük İttifaqı (sonra Avrasiya İttifaqı) məsələsi ortaya çıxanda heç kim qoşulub-qoşulmamaq barədə cəmiyyətin fikrini soruşmadı. Bu, böyük səhv idi. Ermənistan rəhbərliyi əks fikri qulaqardına vurdu, bizi saymadı. Avrasiya İttifaqı Ermənistana Rusiyanın və Aİ-yə üzv olan digər ölkələrin bazarlarında xüsusi güzəştlər və imtiyazlar vermir”.pia.az